Press "Enter" to skip to content

Ankarada “Kitabxanalardayıq” layihəsi

Ankarada "Kitabxanalardayıq" layihəsi

BAYRAQDAR MEDİA – Şagirdlərin mütaliə mədəniyyətini inkişaf etdirmək, yaşadıqları şəhərlərdəki kitabxanalarla yaxından tanış olmalarını təmin etmək, kitabxanalardan şagirdlərin məktəbdən kənar tədris mühiti kimi istifadə etmələrini təmin etmək məqsədi ilə “Türkiye Yüzyılı Maarif Modeli” çərçivəsində Türkiyənin Milli Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi birgə “Kitabxanalardayıq” layihəsinə başlayıb.

Bu barədə Türkiyənin “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Qeyd edək ki, layihə çərçivəsində Ankaranın Keçiören bölgəsindəki Kamil Ocak orta məktəbinin şagirdləri Adnan Ötüken İl Xalq Kitabxanasında bir araya gəliblər. Burada şagirdlər kitabxana orientasiya proqramına qatılıb və ebru emalatxanasında təlim keçiblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.