Press "Enter" to skip to content

Akademik Musiqili Teatrda Xocalı qurbanlarının xatirəsi anılacaq

Akademik Musiqili Teatrda Xocalı qurbanlarının xatirəsi anılacaq

BAYRAQDAR MEDİA – Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki tamaşa nümayiş olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “26 fevral saat 19:00-da teatrın səhnəsində gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” (quruluşçu rejissor Leonid Klets) monopyesi oynanılacaq. Bu tamaşa həm də “Mədəniyyət” kanalı vasitəsilə birbaşa yayımlanacaq. Psixoloji dramda oğlunu müharibədə itirmiş tənha şəhid anası obrazını “Şöhrət” ordenli Xalq artisti Şüküfə Yusupova canlandırır. Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir”.

Daha sonra xəbərdə, “kollektiv 28 fevral saat 12:00-da isə “Bir nəfəs qədər” tamaşasını təqdim edəcək. Azərbaycanın Zəfər salnaməsinə həsr olunan bu səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur. SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşada gənc pianoçu Kamil Həsənovun da fortepiano musiqisindən istifadə olunur. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı V.Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc MəmmədovaƏmrah Dadaşovdur” deyə bildirilir.

Tamaşada Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ə.Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artisti İranə Kərimova iştirak edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.