Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: Dinc qala biləcəyimiz yeganə yer müqəddəs vətənimizdir

Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan AK Partinin 8-ci Qurultayında maraqlı mesajlar verib.

Bu barədə Türkgün Gazetesi məlumat verib.

Məlumata görə, R.T.Erdoğan “Hörmət edə biləcəyimiz yeganə hakimiyyət türk millətidir. Yaşamaqdan şərəf duyacağımız tək dövlət Türkiyəmizdir, oxuyacağımız tək himn İstiqlal Marşıdır. Kölgəsindən güvəndiyimiz yeganə bayraq aypara ulduzlu bayrağımızdır. Bizim dinc qala biləcəyimiz yeganə yer müqəddəs vətənimizdir” deyib.

Türkiyə Cümhurbaşqanı əlavə edib ki, iman, iradə və əzm varsa, Allahın izni ilə hər zaman fürsət var: “Önəmli olan istiqaməti itirməmək və qəlbi qaraltmamaqdır. Elələri də var ki, bu duaya “amin” demək əvəzinə, sırf öz ambisiyaları üçün Türkiyə düşmənlərinin ssenarilərində əlavə rol oynamağa üstünlük verirlər. Təkəbbürün qulu olanları sevimli millətimizin müdrikliyinə buraxırıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.