Press "Enter" to skip to content

Pakistan nümayəndə heyəti Azərbaycan HDQ-də

Pakistan nümayəndə heyəti Azərbaycan HDQ-də

BAYRAQDAR MEDİA – Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri tədris gəzintisi çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan HDQ komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov qonaqları salamlayıb, Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistanın dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib”.

Sonra xəbərdə, “görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. E.A.Xan protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.