Press "Enter" to skip to content

“Nar”“Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

Qaliblərin mükafatlandırılması

BAYRAQDAR MEDİA – Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdləri arasında “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib. Şagirdlərin yaratdığı əsərlər məktəbin akt zalında sərgilənib.

Tədbirdə məktəb və “Nar” rəhbərliyi, eləcə də YARAT Müasir İncəsənət Məkanının rəssam-kuratorlarından ibarət heyət iştirak edib. Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya və məkanın layihə meneceri Leyla Ağayeva əsərləri qiymətləndirərək, gənc müəlliflərə sertifikatlar təqdim ediblər.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, şagirdlərin istedadını rəqəmsal dünyaya daşımaq məqsədilə, “Nar” müsabiqənin qaliblərinə müasir planşet və smart qələm hədiyyə edib. Bu təşəbbüslə “Nar” regionun mədəni həyatına töhfə verilməsi və yerli icmanın istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.