Press "Enter" to skip to content

Müavinətlər üzrə 92 milyon manat ödənilib

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 463 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 92 milyon manat, Prezident təqaüdləri üzrə 58 milyon manat ödənilib. Yanvar ayında 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 738 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.