Press "Enter" to skip to content

Hərbi təhsil sistemində tətbiq edilən yeniliklər

Hərbi təhsil sistemində tətbiq edilən yeniliklər

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında hərbi təhsil sistemində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclasda yeni hərbi kolleclərin yaradıldığı, hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi ilə bağlı zabit heyəti üçün bir neçə yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin edilməsi məqsədilə yeni ixtisasların açıldığı diqqətə çatdırılıb”.

Sonra xəbərdə, “eləcə də şəxsi heyətin komplektləşdirilməsi istiqamətində ötən il ərzində bir çox yeniliklərin tətbiq edildiyi, intellektual qabiliyyətli bölmələrin yaradıldığı, eləcə də Azərbaycan Ordusunda ştatların optimallaşdırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin həyata keçirildiyi vurğulanıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.