BAYRAQDAR MEDİA – İrandakı bədnam Evin zindanında 13 aydan bəri həbsdə olan Güney Azərbaycan milli fəal Hüseyn Piri fevralın 23-də həbsdən azad edilib.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Qeyd edək ki, H.Piri Tehranda İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqasım Səlavatinin sədrliyi ilə mühakimə olunaraq “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün pul toplamaq və əlbir olmaq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İlk şərhi yaza bilərsiniz