BAYRAQDAR MEDİA – MHP lideri Devlet Bahçeli AK Partinin 8-ci Qurultayına milli birlik və qardaşlığı simvolizə edən xüsusi gül dəstəsi göndərib.
Bu barədə MHP-nin X sosial şəbəkə hesabından paylaşım edilib.
Paylaşımda deyilir ki, “Bu mənalı hədiyyə, 1071 güllə Malazgirt zəfəri, 1453 qərənfillə İstanbulun fəthi, Türkiyə bayrağı çərçivəsi ilə birlik və həmrəyliyi, 23 ağ səhləbli AK Partinin 23 illik iqtidarını təmsil edir”.
Qeyd edilib ki, D.Bahçelinin göndərdiyi hədiyyə partiya tərəfindən “güclü bir Türkiyəyə inancın və birlik ruhunun ən mənalı ifadəsi”dir.
İlk şərhi yaza bilərsiniz