BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı fəal Behnam Şeyxi Samanlı Baharıstan prokurorluğunun birinci bölməsinə çağırılıb.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Xəbərə əsasən, B.Şeyxi bölmədə olarkən, onun iki illik sürgün cəzasının bir hissəsinin 200 milyon rial (4 min 752 $) cəriməyə çevrildiyi bildirilib.
Qeyd edək ki, Tehran Apellyasiya Məhkəməsinin çıxardığı qərarə görə, Güney Azərbaycanlı fəala iki il Dərəşəhrə sürgün cəzası verilmişdi. B.Şeyxi sürgün yerinə getmədiyinə görə cəzası pul cəriməsi ilə dəyişdirilib.
İlk şərhi yaza bilərsiniz