Press "Enter" to skip to content

Cumhur İttifaqı var olduqca Türkiyənin sabitliyi təminat altında olacaq

Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – “MHP və hörmətli Devlet Bahçeli Cumhur İttifaqı çətiri altında ölkəmizin xroniki problemlərinin həllində öncül mövqeləri ilə adlarını Türkiyə siyasi tarixinə yazdırıblar”.

Bunu Türkiyə Cümhurbaşqanı və AK Parti Genel başqanı Recep Tayyip Erdoğan partiyanın 8-ci qurultayındakı çıxışında bəyan edib.

Türkgün Gazetesinin məlumatına görə, R.T.Erdoğan daha sonra deyib: “Cumhur İttifaqı var olduqca Türkiyənin sabitliyi, millətimizin qardaşlığı təminat altında olacaq”.

Məlumata görə, müxalifəti nəzərdə tutan R.T.Erdoğan “Onlar həmişə cəmiyyətə öz gündəmlərini sırımağa çalışıblar. Necə ki, biz keçmişdə dövlət daxilindəki çirkin formalaşmaya qarşı barışmaz mübarizə aparmışıq, bu çirkin müxalifətə də eyni şəkildə dözməmişik. Millətin bizə olan etimadını itirmədik. Biz həmişə sinəmizi millətin suverenliyinə hər cür hücumdan qorumuşuq” deyib.

Qeyd edilib ki, yeni Türkiyədə qeyri-formal iqtisadiyyata və siyasətə yer yoxdur: “Bu sözlərim müxalifət partiyalarınadır. Unutmayın, Türkiyə dəyişdi. Köhnəni canlandırmaq əvəzinə bu yeni Türkiyəyə alışmağa məcbursunuz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.