Press "Enter" to skip to content

Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib

Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında qeyd edilib ki, cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığı daha da yüksəlib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “bildirilib ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb. Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırılıb”.

Sonra xəbərdə, “Kollegiyada şəxsi heyətin sağlamlığının qorunması, praktiki məşğələlərin intensivliyinin artırılması, nizam-intizamın vəziyyəti məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Azərbaycan Ordusunda qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla təmin edildiyi bildirilib” deyə qeyd olunur.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq və odun ehtiyatının normalara uyğun yaradılması, şəxsi heyətin isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat üzrə ötən il ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğu bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.