BAYRAQDAR MEDİA – Fevralın 24-də Rusiyanın Ukraynaya səbəbsiz yerə başlatdığı işğalçı müharibənin 3 ili tamam oldu. Məsələ ilə bağlı dünyanın hər tərəfində geniş müzakirələr gedir, ötən 3 il təhlil olunur.
Siyasi şərhçi Azər Həsrət ilk gündən Ukraynanın haqlı davasının yanında olduğunu bəyan edənlərdən olub. O, 3 il ərzində daim Ukraynanı dəstəkləyib, işğalçı Rusiyanın yerinə oturdulmasının vacibliyini dilə gətirib.
Azər Həsrət ötən müddət ərzində bütün mümkün platformalarda ədalətin bərpası üçün çalışaraq Ukrayna torpaqlarının qeyd-şərtsiz Rusiyanın işğalından azad edilməsinin vacibliyində israr edib.
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 3 ilinin tamam olması münasibəti ilə Azər Həsrət qısa video-müraciət yayıb.
Əlavə edək ki, fevralın 24-də Azər Həsrət TV Musavatın canlı efirində qonaq olub, aparıcı Sevinc Telmanqızının Ukrayna ilə bağlı suallarını geniş cavablandırıb.
İlk şərhi yaza bilərsiniz