BAYRAQDAR MEDİA – Kars Bələdiyyə başçısı Ötüken Şenger Azərbaycan Daxili İşlər, Xarici İşlər nazirlikləri və Diaspora Komitəsinin təmsilçiləri, həmçinin Azərbaycanın Kars Baş konsulu Zamin Əliyevdən ibarət nümayəndə heyətini bələdiyyədə qəbul edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə görüşlər keçirilib. Ötüken Şenger qonaqlarını ofisində qəbul edərək, Azərbaycan ilə Türkiyə arasında köklü dostluq əlaqələrini vurğulayıb. Karsın tarixi-mədəni quruluşunun əhəmiyyətinə toxunan Ö.Senger Azərbaycan nümayəndə heyətinin xoş səfərlərindən məmnunluğunu ifadə edib”.
İlk şərhi yaza bilərsiniz