Press "Enter" to skip to content

 ABŞ-la AB arasında dərin çatlar yaranıb

Vüqar İskəndərov

Vüqar İskəndərov: Qlobal məkanda baş verənlər Azərbaycanın düzgün və inamlı siyasət yürütdüyünü bir daha təsdiqləyir

BAYRAQDAR MEDİA – “Batıdakı bəlli qaranlıq güclər zaman-zaman ölkəmizə qarşı müxtəlif istiqamətli hücumlar, qara piar kampaniyaları aparıblar. Bu da son olmayıb. Həmin güclər Azərbaycanda süni gərginlik ocaqları yaratmaq, rəngli inqilablar etmək üçün cəhdlər ediblər. Lakin bütün bu cəhdlər iflasa uğrayıb. Çünki Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev milli maraqlara əsasanan siyasət həyata keçirir. Azərbaycan xalqı da hər zaman dövlətinin və Prezidentinin yanındadır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatln sözlərinə görə, Azərbaycan bu vaxta qədər olduğu kimi, bundan sonra da imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi rəngli inqilablar, hansısa siyasi eksperimentlər üçün bir poliqon olsun: “Qeyd etdiyim kimi bizim öz müstəqil və qətiyyətli siyasətimiz var. Lazım olanda biz öz milli maraqlarımızı həm qeyri-dost, həm tərəfdaş ölkələrlə münasibətdə təmin edə bilərik . Digər tərəfdən də qlobal məkanda son vaxtlar baş verənlər Batıdakı həmin güclərin dünyanı hansı bir acınacaqlı duruma saldıqlarını bütün çılpaqlığı ilə ortaya qoydu. Bəlli olduğu kimi, hazırda dünyada olduqca mürəkkəb və gərgin proseslər cərəyan edir. Bunun da mərkəzində ABŞ-Avropa Birliyi gərginliyi dayanır. Bu gərginliyin əsas səbabkarı da zaman-zaman bizə qarşı təzyiqlər edən xarici mərkəzlər, qüvvələrdir”.

Vüqar İskəndərov bildirib ki, hazırda ABŞ-la Avropa Birliyi arasında gərginliyin yaranmasına görə məhz bundan öncəki ABŞ admnistrasiyası, daha da konkret desək, ultra liberal və liberal-faşist ideologiyasının yürüdən Bayden-Blinken Administrasiyası məsuliyyət daşıyır: “Baş verənlər fonunda sonuncu Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Vensin çıxışı da diqqətdən qaçmamalıdır. Məhz bu çıxış fonunda bəlli oldu ki, ABŞ-la AB arasında dərin çatlar yaranıb. Deməli, qlobal məkanda baş verənlər, yəni həm yuxarıda sadalananlar, həm də Ukraynanın hazırda düşdüyü acınacaqlı durum Batının nəyə “qadir” olduğunu növbəti dəfə üzə çıxarmaqla yanaşı, Azərbaycanın düzgün və inamlı siyasət yürütdüyünü bir daha təsdiqləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.