BAYRAQDAR MEDİA – Türkiyənin Eskişehir şəhərində yerləşən Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel Açıq Təhsil Fakültəsi ofisləri və tələbə sayı azalan bəzi şöbələrin bağlanacağını açıqlayıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, rektor İletişim Fakültesi Basın Yayın Bölümü məzunları ilə görüşüb: “Y.Adıgüzel Açıq Təhsil Fakültəsi ofislərinin və fakültədəki bəzi şöbələrin bağlanacağı ilə bağlı iddiaları təsdiqləyərək, bu qərarların çağın tələblərinə uyğun alındığını bildirib. Rektor, 81 vilayətdə 120 Açıq Təhsil Fakültəsi ofisinin iyul ayına qədər bağlanacağını, universitetin bütün nəşrlərini rəqəmsal mühitə köçürdüklərini və xidmətlərin artıq uzaqdan təmin edilə biləcəyini söyləyib”.
İlk şərhi yaza bilərsiniz