Press "Enter" to skip to content

Türkmənlərin haqları qəsb edilir

Bəyanat verilərkən

İraq Türkmən Cəbhəsindən sərt bəyanat

BAYRAQDAR MEDİA – Türkmənelinin Kərkük şəhərində yerli hökumətin kürd və ərəb məmurları türkmənlərin qanuni hüquqlarını qəsb edirlər. Türkmənlərin kənarda qaldığı Kərkük Qubernatoru və Kərkük Vilayət Başçısı seçkilərindən sonra bölgədə daha bir qalmaqal yaşanıb. Türkmən şəhərində Kərkük polis rəis müavininin və Kərkük vilayətinin kənd təsərrüfatı müdirinin vəzifələrinin ələ keçirildiyi bildirilib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 20-də sözügedən addıma qarşı İraq Türkmən Cəbhəsi (İTC) tərəfindən bəyanat verilib.

Türkmənlərin Kərkükdə marjinallaşmaya məruz qaldığı vurğulanan bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib: “İraq Türkmən Cəbhəsi Kərkükdə türkmən komponentinin məruz qaldığı təcrid və marginallaşma prosesinin davam etməsini böyük narahatlıqla izləyir. Bunun ən son nümunəsi Kərkük vilayətinin kənd təsərrüfatı müdiri və Kərkük polis rəisinin müavini vəzifələrinin ələ keçirilməsidir. Bu addım əyalətdəki türkmənlərin siyasi və inzibati hüquqlarının növbəti dəfə pozulması deməkdir. İraq Türkmən Cəbhəsi olaraq Kərkükdəki inzibati və siyasi tarazlığın bizim qırmızı xəttimiz olduğunu və türkmən kimliyini silmək və ya ədalətli təmsilçilik hüququnu qəsb etmək cəhdinə səssiz qalmayacağımızı vurğulayırıq”.

Qurum bu kontekstdə aşağıdakı tələbləri irəli sürüb:

1. Baş nazirin dərhal müdaxilə etməsini, bu ədalətsiz işlərə son qoyulmasını və prosesin əvvəlki vəziyyətinə qaytarilmasını,

2. Türkmənlərin Kərkükdə mühüm inzibati vəzifələrdən uzaqlaşdırılmasına yönəlmiş ədalətsiz qərarların ləğv edilməsini,

3. Bütün komponentlərin bərabər idarəetməyə cəlb olunduğu həqiqi tərəfdaşlıq prinsiplərinə əsaslanan inzibati sistemin təminatını tələb edirik.

“İraq Türkmən Cəbhəsi olaraq xəbərdarlıq edirik ki, bu cür istisna siyasətlər ciddi nəticələrə səbəb ola bilər. Türkmənlər qəsb edilmiş hüquqlarını geri almaq və Kərkükdə varlıqlarını müdafiə etmək üçün bütün konstitusiya və hüquqi vasitələrdən istifadə edəcəklər. Kərkük dinc yanaşı yaşama şəhəri olaraq qalmağa davam edəcək. Türkmənlərin tarixi və milli rolunu istisna etməyə çalışan zorakılıq siyasətini qəbul etməyəcəyik” deyə bəyanatda sonda bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.