BAYRAQDAR MEDİA – ““İrəli” İctimai Birliyi, gənc sosial işçilər üçün təşkil olunan “Essentials of Social Work” təlim proqramının altıncı mövsümünə tələbə qəbulu elan edir.
Bu barədə İctimai Birlikdən verlən məlumatda qeyd edilib.
Məlumata görə, “Sosial İşin Əsasları” Təhsil Proqramının gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə onların bilik və bacarıqlarının artırılması yolu ilə səriştəli gənclərlə işə nail olmaqdır: “Proqram, 3 aylıq müddət ərzində seçilən iştirakçılara sahənin peşəkar mütəxəssisləri ilə təlimlər və görüşlər təşkil edərək, onların bilik və bacarıqlarını nəzəri və praktiki modullar vasitəsilə inkişaf etdirməyə imkan yaradacaq. Təlimlər sosial işçi təcrübələri, empatiya bacarıqları, ahıllar, əlilliyi olan şəxslər, qazilər, bullinqə məruz qalmış uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlarla iş, sosial psixologiya, effektiv ünsiyyət, stressin idarə edilməsi və digər mühüm mövzuları əhatə edəcək.Proqram çərçivəsində sosial xidmət müəssisələrinə təhsil səfərləri də təşkil ediləcək”.
Layihədə iştirak etmək istəyən, 17-25 yaş arası, sosial iş, gənclərlə iş sahəsində ixtisaslaşan və bu sahəyə maraqlı, motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığı olan gənclər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
Qeyd edək ki, indiyədək 150 dən çox gənc bu proqramın məzunu olmuşdur.
İlk şərhi yaza bilərsiniz