Press "Enter" to skip to content

Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

BAYRAQDAR MEDİA – Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində işləyir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər (“Mitsubishi Pajero”, “UAZ”, “Mercedes Vito”, “Volkswagen” markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb. Eyni zamanda, digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb”.

Qeyd edək ki, sözügedən Mərkəzə qarlı hava şəraiti ilə ötən gecədən bu gün səhər saat 14:00 radələrinədək 20-si qadın, 12-si kişi olmaqla, 32 nəfərin müraciəti qeydə alınıb. Onlardan 31 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən yalnız 1 nəfər hospitalizasiyadan imtina edib.

Qarlı hava şəraiti ilə bağlı müraciət edənlərlə əlaqədar əlavə məlumat veriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.