BAYRAQDAR MEDİA – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla Özbəkistanda görüşüb.
Bu barədə Binali Yıldırım X sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda deyilir: “Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə baş çəkdik. Ağsaqqallar Şurası olaraq Türk Dövlətləri Təşkilatının çətiri altında həyata keçirdiyimiz layihələrlə bağlı məsləhətləşmələr apardıq. İki qardaş ölkənin əməkdaşlığının və həmrəyliyinin hər gün güclənməsi ölkələrimizin çiçəklənməsinə böyük töhfələr verir. Birliyimiz, həmrəyliyimiz, qardaşlığımız əbədi olsun”.
İlk şərhi yaza bilərsiniz