BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının sevimli aktyoru Vüqar Məmmədəliyev bu günlərdə yubiley yaşını qeyd edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Teatrın rəhbəri Naidə xanım İsmayılzadə yaradıcılığının 30 illiyini, həyatının isə 50-ci yubileyini qeyd edən aktyorla görüşərək onu təbrik edib, ona teatrın fəxri diplomunu təqdim edib. Qeyd edək ki, həm teatr, həm də kino sahəsində bir-birindən maraqlı, yaddaqalan rollar ifa edən V.Məmmədəliyevin 50 illik yubileyi münasibəti ilə Teatr Xadimlər İttifaqında yazıçı, dramaturq Əli Əmirlinin “Kişi və qadın” adlı əsəri əsasında eyniadlı tamaşa hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Məhəmməd Verdizadə, bəstəkarı Gülnar Əlfiqızı, səhnə tərtibatçısı Zaur Abbasovdur. Səhnə əsərində aktyorlar V.Məmmədəliyev, Elçin Murad, Rəbillə Ələkbərzadə iştirak edirlər”.
Tamaşanın premyerası aktyorun ad günündə 24 fevral, saat 19:00-da Teatr Xadimlər İttifaqında olacaq.
İlk şərhi yaza bilərsiniz