BAYRAQDAR MEDİA – Tehran İnqilab Məhkəməsi tərəfindən milli fəal Salar Tahir Əfşara göndərilən çağırışa görə, 5 gün ərzində hökmün icrası üçün məhkəməyə gəlməsi tələb olunub.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Bildirilib ki, fevralın 18-də repressiv qüvvələr gənc fəalın Urmiyadakı iş yerinə basqın edərək, onu həbs ediblər. S.T.Əfşara daha öncə “daxili və xarici təhlükəsizlik əleyhinə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzası verilib.
İlk şərhi yaza bilərsiniz