Press "Enter" to skip to content

“Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün növbəti təlim – VİDEO

“Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün növbəti təlim

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici təlim keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub. Təlimdə Nazirliyin aidiyyəti yerli strukturlarının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər və məktəbin kollektivi iştirak edib. Təlimin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub”.

Sonra xəbərdə, “təlimin praktiki hissəsində şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktəb kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub” deyə qeyd olunur.

Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.