Press "Enter" to skip to content

Komitə sədri növbəti qəbul keçirib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Məclisdə növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə BAYRAQDAR MEDİA –ya Komitədən məlumat verilib.

Komitə sədri qaldırılan vacib məsələlərlə əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları göndərəcəyini bildirib
Komitə sədri qaldırılan vacib məsələlərlə əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları göndərəcəyini bildirib

Bildirilib ki, “vətəndaş cəmiyyəti institutu nümayəndələri – TESAM-ın (“Türkiyə İqtisadi, Sosial və Strateji Araşdırmalar Mərkəzi”nin) Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə, “Mədəniyyətin, İncəsənətin İnkişafı və Təbliği” İctimai Birliyinin təsisçisi Turanə Orucova, vətəndaşlar – İzzət Kərimov, Ellada Məmmədli, Güləhməd Hacıəliyev, Şəhriyar Kərimov, Rəşad Əliyev və b. ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb”.

Məlumata görə, Komitə sədri qaldırılan vacib məsələlər – ictimai birliklərin dövlət qeydiyyatı, fəaliyyəti, vacib layihələr, əməkdaşlıq imkanları, eləcə də, əfv məsələləri üzrə əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları göndərəcəyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.