BAYRAQDAR MEDİA – Doğu Anadoluya yağan güclü qarla dağlarda qarın qalınlığı 60 santimetrə çatıb. Bu zaman isə yem tapmaqda çətinlik çəkən vəhşi heyvanlar aclıq təhlükəsi ilə üzləşib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, yerli əhali həmin vəhşi heyvanların qidalanması üçün təbiətə qida məmulatları buraxıblar: “Güclü qar yağmasından və təbiətin tamamilə qarla örtülməsindən sonra canlıların yem tapmaqda çətinlik çəkəcəyini nəzərə alan Təbiəti Mühafizə və Milli Parklar Regional Müdirliyi qrupları qarla örtülmüş dağların müəyyən hissələrində vəhşi heyvanlar üçün yemləmə kampaniyasına başlayıb. Vəhşi qanadlı heyvanlar üçün buğda, ətyeyən heyvanlar üçün isə ət qoyulub”.
İlk şərhi yaza bilərsiniz