BAYRAQDAR MEDİA – Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Emin Önən, Vecdi Gündoğdu, Cengiz Çandar və Ömer Özmən Azərbaycanda işguzar səfərdə olub. Səfər Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində reallaşıb.
Qeyd edək ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat TBMM üzvləri ilə bir araya gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib.
Məlumata görə, görüş zamanı iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafı, iş adamlarının əməkdaşlıq imkanları və investisiya perspektivləri müzakirə edilib: “Millət vəkilləri Azərbaycan və Türkiyə iş dünyasının sıx əməkdaşlığının strateji əhəmiyyətini vurğulayaraq TÜİB-nin bu istiqamətdə oynadığı mühüm rolu yüksək qiymətləndiriblər. Tədbir çərçivəsində iş adamları ilə fikir mübadiləsi aparılıb, yeni təşəbbüslər və potensial əməkdaşlıq sahələri haqqında müzakirələr aparılıb. Eyni zamanda, görüş çərçivəsində TÜİB sədri Hüseyin Büyükfırat Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə də görüşüb”.
İlk şərhi yaza bilərsiniz