Press "Enter" to skip to content

Faktiki hava

Faktiki hava

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Naftalan, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Balakən, Tovuz, Ceyrançöl, Göygöl, Gəncə, Altıağac, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Gədəbəy, Daşkəsən, Ağstafa, Şabran, Şəmkir, Ağdam, Biləsuvar, Sabirabad, Hacıqabul, Göyçay, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Astara, Beyləqan, Bərdə, Lerik, İmişli, Mingəçevir, Sabirabad, Yardımlı, Zərdab, Tərtər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə qar yağır”.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.