Press "Enter" to skip to content

Əqli mülkiyyət hüquqlarının qorunmasına dair tədbir keçirilib

Lənkəran tədbirindən

BAYRAQDAR MEDİA – “Hüqüqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi “Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsini həyata keçirir. Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumətt üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü qrant müsabiqəsi çərçivəsində keçirilən layihənin əsas məqsədi yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Tədbir zamanı
Tədbir zamanı

Bildirilib ki, “bu məqsədlə 4 regionda görüşlər, təlimlər keçirilir, dövlətin yaradıcı şəxslərə qayğısı, mövcud qanunvericilik, Əqli Mülkiyyət Agentliyinin işi, müəlliflərin hüquqları və onların qorunması mexanizmi haqda məlimat verilir, praktiki bacarıqlar öyrədilir. “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin və Əqli Mülkiyyət Agentliyinin birgə təşkil etdiyi növbəti tədbir Lənkəran şəhərində keçirilib. Azərbaycan Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının, Bəstəkarlar İttifaqının, Lənkəran bölgəsində fəaliyyət göstərən üzvlərinin, Milli Elmlər Akademiyasının əməkdaşlarının və Lənkəran Dövlət Universitetinin alimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan LDU rektoru professor Natiq İbrahimov əqli mülkiyyət sahiblərinə, yaradıcı ziyalılara, elm adamlarına dövlətimizin göstərdiyi qayğıdan, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətindən və mövcud vəziyyətdən danışıb. Belə tədbirlərin elmimizin və mədəniyyətimizin inkişafına kömək etdiyini, eyni zamanda, əqli mülkiyyət hüququ subyektlərinin potensialının artırılmasına, onların maddi vəziyyətinin yaxşılaşmasına kömək etdiyini bildirib. Bu cür maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini qeyd edib”.

Məlumata görə, “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib: “O, bu layihənin icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, yaradıcılıq təşkilatlarının dəstəyini qeyd edib. Layihənin regionlarda keçirilməsini xüsusi əhəmiyyət daşıdığını söyləyən natiq tədbirin təşkilində hər cür dəstək verdiyinə görə Əqli Mülkiyyət Agentliyinin və Lənkəran Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib”.

Sonra əqli mülkiyyət hüququ üzrə peşəkar təlimçilər, hüquqşünas Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev interaktiv qaydada iştirakçılar üçün təlim keçiblər: “Təlim zamanı iştirakçılara əqli mülkiyyət hüququnun tarixi, mədəniyyətin inkişafında yeri, beynəlxalq əqli mülkiyyət təşkilatının fəaliyyəti, konstitusion hüquq olan əqli mülkiyyət hüququ ilə bağlı ölkəmizdə qəbul olunan normativ hüququ aktlar, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəllif hüquqları, hüquqların müdafiə mexanizmi, ayrı-ayrı sahələr üzrə ətraflı məlumat veiblər. Yaradıcılıq təşkilatlarının üzvləri-rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və ziyalıların iştirak etdiyi tədbirdə iştirakçıların çox saylı sualları cavablandırılıb, iştirakçılara əqli mülkiyyət ilə bağlı hüquqi normativ aktlar və Agentliyin çap etdiyi kitablar paylanıb. İştirakçıların fərdi və sahəvi problemlərinin həllinə kömək edib, məsləhətlər verilib, praktik kömək göstərilib. Lənkəranda yaradıcı ziyalılar belə tədbirlərin regionlarda tez-tez təşkil edilməsini, eləcə də, respublikada əqli mülkiyyət sahiblərinə hüquqi və texniki kömək göstərən mərkəzin yaradılmasını təklif ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.