Press "Enter" to skip to content

Dilimiz milli kimliyimizdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “tədbirlərdə məktəblilərə Beynəlxalq Ana Dili Gününün tarixi barədə ətraflı məlumat verilib, xalqımızın milli-mənəvi dəyərlərindən olan Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələlərinə nəzər salınıb. Bildirilib ki, müxtəlif illərdə Azərbaycan xalqı istilalara, təzyiqlərə baxmayaraq milli kimliyinin, ruhunun təzahürü olan bu müqəddəs sərvəti qoruyub yaşadaraq, inkişaf etdirərək mükəmməl səviyyəyə yüksəldə bilib. Qeyd olunub ki, hər kəs ana dilində danışmaqdan qürur duymalı, dilimizi yad təsirlərdən qorumaq üçün çalışmalı, ən dəyərli milli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürməyi hər bir azərbaycanlı vətəndaşlıq borcu kimi qəbul etməlidir”.

Məlumata görə, tədbirlərdə Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edən videoçarxlar nümayiş olunub, şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.