Press "Enter" to skip to content

ADY-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər

Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir

BAYRAQDAR MEDİA – “ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

Bu barədə BAYRAQDAR MEDİA-ya sözügeədn qurumdan məlumat verilib.

Bildirilib ki, “qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər. ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir”.

Məlumata görə, təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır: “Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir. Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.