Press "Enter" to skip to content

Xalq artisti yenə təəccübləndirdi – VİDEO

Tünzalə Ağayeva

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva məşhur “Mən bu eşqə düşəni” mahnısına yeni nəfəs verib.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

Məlumatda bildirilib ki, pop ulduz sözügedən mahnı üçün klip də çəkdirib: “Ekran işi və mahnı qısa zaman kəsiyində böyük rəğbət qazanıb. Tam fərqli janrda səslənən mahnıya estrada ulduzu daha bir fərqlilik gətirib”.

Yeri gəlmişkən, Xalq artisti bununla bağlı fikirlərini bölüşüb: “İllərdir bu mahnı bizim yaddaşımızdadır. Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir. Məktəb illərimdən eşidib sevmişdim bu mahnını. Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb. Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub. Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu. Məndə arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb. Ümumiyyətlə belə dillərəzbərinə çevrilən mahnıları yenidən işlənilməsi, məni daim çox həyəcanlandırıb. Peşəkar yanaşma bu cür əsərlərin ömrünü uzadır, yeni nəsillərə nümunə olur, bundan gözəl nə ola bilər? Bu işim, mənim, bir bəstəkar, Xalq artisti kimi zəngin Azərbaycan musiqi xəzinəmizə bir hədiyyəm olsun”.

Qeyd edək ki, sözügedən mahnıya çəkilən klip Xalq artisti Tünzalə Ağayevanın şəxsi “Youtube” kanalında yerləşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.