BAYRAQDAR MEDİA – Tələbələr HTP çərçivəsində Qazaxıstanda doktorantura səviyyəsi üzrə təhsil alacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunub ki, ““3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq Azərbaycan vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıb”.
Sonra xəbərdə, “seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz