Press "Enter" to skip to content

Senatın sədri beynəlxalq konfransda iştirak edib

Maulen Aşımbayev konfransda çıxış edərkən

Maulen Aşımbayev: Hazırda bəşəriyyət daxili münaqişələr, geosiyasi qeyri-sabitlik, silahlı münaqişələr, ekstremizmin təbliğatı kimi qlobal çağırışlarla üzləşib

BAYRAQDAR MEDİA – Qazaxıstan Parlamenti Senatının sədri – Dünya və Ənənəvi Dinlər Liderləri Konqresi Katibliyinin rəhbəri Maulen Aşimbayev Bəhreynin paytaxtı Manamada İslam dialoqunun gücləndirilməsinə dair beynəlxalq konfransda iştirak edib.

Bu barədə Senatın rəsmi internet saytında məlumat verilib.

Bildirilib ki, “Maulen Aşimbayev konfrans çərçivəsində Əl-Əzhərin Ali İmamı Şeyx Əhməd əl-Tayib, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və bir sıra digər konfrans iştirakçıları ilə ikitərəfli görüşlər keçirib. Senatın sədri Bəhreynə səfəri çərçivəsində Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə də görüşüb. Maulen Aşimbayev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səmimi salamlarını çatdırıb və Bəhreyn Krallığının Fars körfəzi regionunda Qazaxıstan üçün ən mühüm tərəfdaşlardan biri olduğunu qeyd edib. O, həmçinin Qazaxıstanın Krallıqla çox planlı əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu qeyd edib”.

Məlumata görə, beynəlxalq konfransın plenar iclasında çıxış edən Maulen Aşımbayev bildirib ki, hazırda bəşəriyyət daxili münaqişələr, geosiyasi qeyri-sabitlik, silahlı münaqişələr, ekstremizmin təbliğatı kimi qlobal çağırışlarla üzləşib: “Senatın sədri qeyd edib ki, əvvəlki təcrübənin göstərdiyi kimi, bu cür beynəlxalq gərginliklər çox vaxt radikal ideologiyaların yayılması, ksenofobiyanın və nifrətin qızışdırılması üçün istifadə olunur. Bu baxımdan Bəhreyndə keçirilən konfrans sülh və birliyin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında dialoqun vaxtında qurulması üçün mühüm forum kimi xüsusi əhəmiyyət kəsb edir”.

Çıxışına davam edən Maulen Aşımbayev deyib ki, konfrans beynəlxalq ictimaiyyət üçün çox vacib bir zamanda təşkil olunur: “Dünyanın üzləşdiyi bugünkü çağırışlar təkcə müsəlman dünyasını deyil, bütün qlobal nizamın əsaslarını təhdid edir. Bu baxımdan qeyd etmək lazımdır ki, İslam dialoqunun inkişafı üçün bu konfrans vaxtında və əsaslı təşəbbüsdür. Bəhreynin bu istiqamətdəki xeyirxah işləri Qazaxıstan Prezidenti Qasım-Jomart Kemeluli Toqayevin sülh və dialoq mədəniyyətinin təşviqi ilə bağlı təşəbbüsləri ilə uzlaşır. Sülh və tolerantlıq ideyalarının təbliğində Bəhreyn Krallığının 2017-ci il bəyannaməsi və “Doğu ilə Batının dinc yanaşı yaşaması naminə” şüarı ilə keçirilən Bəhreyn Dialoq Forumu da həlledici rol oynayıb. Həmçinin Kral Həmədin Qlobal Dinc Birlikdə Yaşayış Mərkəzi bu mütərəqqi mövqeyi fəal şəkildə təbliğ edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.