Press "Enter" to skip to content

Proqnozlaşdırılan hava şəraiti bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq

İradə İbrahimova

BAYRAQDAD MEDİA – Axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir. ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq: “Bu müddət ərzində havanın temperaturunun 0-3 dərəcə şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır””.

Nazirlik sözçüsü Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.