Press "Enter" to skip to content

Nərgiz Məhəmmədi: “İran xalqının yanında olun”

Nərgiz Məhəmmədi

BAYRAQDAR MEDİA – 2023-cü il Nobel Sülh Mükafatının qalibi, Güney Azərbaycanlı hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi fevralın 19-da İtaliya parlamentinin İnsan Haqları Komitəsinin iclasında İranda qadınların hüquqlarının pozulması və edamlardan danışıb.

Xəbəri “Azad İran” Telegram kanalı “Iran International”ə istinadla yayımlayıb.

N.Məhəmmədi İran xalqının diktatura rejimindən demokratiyaya keçidini istədiyini bildirib və İtaliya parlament üzvlərini iranlıların yanında olmağa çağırıb. O, İran hökumətini sərt şəkildə tənqid edərək deyib ki, ölkədə azadlıq və bərabərlik yoxdur. Həmçinin İranda ayrı-seçkilik qadınlar və cəmiyyət üçün çətin, eləcə də bədəlli bir mübarizədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.