Press "Enter" to skip to content

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında müasir səhnə variantında hazırlanan tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir. “Artstudiya” teatr studiyasında məşqləri başlanan tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı Emil Elmanoğludur”.

Daha sonra xəbərdə, “tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva Ümman Budaqov iştirak edirlər. C.Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Saranın ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.