Press "Enter" to skip to content

İdarəedici direktorla görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə ölkəmizdə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirəntəşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib. Tərəflər innovasiya və rəqəmsal həllərə dair strategiyaların iqtisadi proseslərə təsiri, qlobal ticarətin şaxələnməsi şəraitində ölkəmizin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.