Press "Enter" to skip to content

Fars-molla rejimi türkcə posterə görə sərgini ləğv etdi…

Fars-molla rejimi türkcə posterə görə sərgini ləğv etdi...

BAYRAQDAR MEDİA – Təbriz Azad Universitetində “Uşaq evliliyi” mövzusunda keçirilən fotosərgi Tələbə Təşkilatları Müşahidə Şurasının sərginin posterindəki şəkilə qarşı çıxması, eləcə də posterin mətnində Azərbaycan türkcəsində sözlərin yazılması səbəbindən ləğv edilib. Bu barədə Universitetin Müstəqil Tələbələr İslam Təşkilatı öz sosial media hesabında paylaşım edib.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Bildirilib ki, 22-23 fevral tarixlərində Universitetdə keçirilməsi planlaşdırılan sərgi cəmiyyətin sosial və humanitar problemlərindən biri haqqında maarifləndirmək məqsədi ilə hazırlanıb. Ancaq sərginin posterindəki təsvirə görə müşahidə şurasının etirazı, mətnində Azərbaycan türkcəsindən istifadə olunması proqramın ləğvinə səbəb olub. Təşkilat məhdudiyyətləri tənqid edərək, belə tədbirlərin həssas sosial məsələlərin həlli imkanlarını aradan qaldırdığını və tələbə fəaliyyətinə maneə yaratdığını vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.