BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin fevralın 20-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır. Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur”.
Sonra xəbərdə, “Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astarada yağış yağır. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir” deyə qeyd edilir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvanda 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
İlk şərhi yaza bilərsiniz