BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar ayında DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “2019-cu ilin may ayından Azərbaycanda artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edir”.