BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında əlaqələr ötən hər gün ərzində daha da güclənir və dərinləşir. “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan bu əlaqələr media sahəsini də əhatə edir.
Xüsusilə ötən beş ildə bu sahədə mühüm addımlar atılıb. Eyni zamanda, 2025-ci ildə də sözügedən istiqamətdə işlərin görülməsi planlaşdırılır.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu kontekstdə martın 4-də Bakıda “Daha ədalətli dünya mümkündür” adlı tədbir keçiriləcək. Bu barədə Türkiyə Cumhurbaşkanlığı İletişim başkanı Fahrettin Altunun fevralın 19-da Bakıda keçirilən tədbirə ünvanaldığı məktubda qeyd edilib.
Bildirək ki, dəyirmi masa və paneldən ibarət olacaq tədbirdə Türkiyədən və Azərbaycandan rəsmi şəxslərin, o cümlədən media təmsilçilərinin içtirakı nəzərdə tutulub.
İlk şərhi yaza bilərsiniz