Press "Enter" to skip to content

2025-ci ildə 150 əmək yarmarkası keçiriləcək

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il paytaxt və bölgələrdə 150 əmək yarmarkasının həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “onlardan İsmayıllı, Şamaxı, Cəbrayıl, İmişli, Laçın, Ağstafa, Cəlilabad, Yevlax, Bərdə, Siyəzən, Saatlı, Şəkivə s. rayonlarda 20 yarmarka artıq təşkil olunub. Paytaxt və bölgələrdə təşkil olunan əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə müəssisələrdə mövcud olan vakansiyalar, həmin vakansiyalara dair tələblər barədə məlumat verilir”.

Məlumata görə, bu aktiv məşğulluq tədbirlərində işəgötürənlərin nümayəndələrinin vakansiyalara namizədlərlə ilkin müsahibələr təşkil edilir: “Yarmarkalarda işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi layihələr barədədə məlumat əldə edirlər. Qeyd edək ki, ötən il keçirilən 147 əmək yarmarkasında 1800 müəssisə tərəfindən 15,7 min vakansiya təqdim olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.