BAYRAQDAR MEDİA – Denizlidə maraqlı bir tədbir təşkil edilib. Belə ki, ilk dəfə Kale rayonunda dəvə güləşi keçirilib.
Bu barədə denizliyeniolay.com saytı məlumat yayıb.
Bildirilib ki, “1-ci Kaledavaz Dəvə Güləşində 120 dəvə 20 fərqli kateqoriyada mübarizə aparıb. Bayraktepedəki Durmuş İncedayı Er Meydanında keçirilən 1-ci Kaledavaz Dəvə Güləşində Egey, Aralıq dənizi və Mərmərə bölgələrindən gətirilən dəvələr güləşib. Bu il ilk dəfə keçirilən tədbirə vətəndaşlar böyük maraq göstərərkən, mədəni irsin bir parçası olan dəvə güləşi də rəngarəng səhnələrə şahidlik edib”.
İlk şərhi yaza bilərsiniz