Press "Enter" to skip to content

Prezident Ukraynaya qoşun göndərilməsinə qarşıdır

Rumen Radev

BAYRAQDAR MEDİA – Bolqarıstan Ukraynaya hərbi heyət göndərməməlidir.

Bunu Prezident Rumen Radev jurnalistlərə açıqlamasında deyib.

Radio Bolqarıstanın məlumatına görə, R.Radev “Mən Ali Baş Komandan kimi Bolqarıstanın Ukraynaya hər hansı formada qoşun göndərməsinin qəti əleyhinəyəm” deyə bəyan edib.

Prezident hökumətdən və Xalq Məclisindən Bolqarıstanın əsgər göndərməyəcəyinə dair dəqiq bir mövqe tutmasını gözlədiyini ifadə edərək, deyib:“Ukraynada müharibənin əvvəlində qaldırdığım ən böyük sual Bolqarıstanın müharibəyə cəlb olunmasının qarşısını almaq idi. “Bu gün qlobal təhlükəsizlik arxitekturasının çökdüyü bir mühitdə bu məsələ daha da aktuallaşıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.