Press "Enter" to skip to content

Peşə təhsili müəssisələri heyətinin Türkiyəyə təlim səfəri

Peşə təhsili müəssisələri heyətinin Türkiyəyə təlim səfəri

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində 09 fevral – 01 mart 2025-ci il tarixlərində 6 peşə təhsili müəssisəsinin 9 mühəndis-pedaqoji heyəti üçün Türkiyənin Ankara, İstanbul şəhərlərində yerləşən müxtəlif təhsil müəssisələrində təlim proqramı təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimlərin təşkilində əsas məqsəd mühəndis-pedaqoji heyətin ixtisas biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, müasir tədris yanaşmaları ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsidir. Azərbaycanın Türkiyədə yerləşən səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimlər kənd təsərrüfatı, turizm, sənaye, tikinti,moda-dizayn və digər ixtisas sahələrini əhatə edir”.

Sonra xəbərdə bildirilir ki, “təlim iştirakçıları qardaş ölkədə peşə təhsil müəssisələrində tədris prosesində aktiv iştirak etməklə yanaşı, sektor üzrə qabaqcıl müəssisə və təşkilatlara təşkil edilən səfərlərdə müasir texnologiyalar ilə də tanış olurlar. Təlimlərdən sonra iştirakçılar tərəfindən qazanılmış təcrübənin bölüşülməsi üçün Azərbaycanda silsilə görüş və seminarların təşkili nəzərdə tutulur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.