Son yeniləmə: 20 Fevral 2025
BAYRAQDAR MEDİA – Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir. Bu sırada media sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Bəlli olduğu kimi, müasir dövrdə iki qardaş ölkənin mediası arasında 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu ilə tənzimlənir. Artıq beşinci ilinə qədə qoyan bu Memorandum tərəflərə hansı imkanlar yaradıb? Qarşıda duran hədəflər nədir?
Bu və digər suallara fevralın 19-da keçiriləcək tədbirdə cavab veriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, fevralın 19-da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçiriləcək.
Məlumata əsasən, tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Dəyirmi masa rəsmi çıxışlar və panel iclaslarından ibarət olacaq. Tədbirin açılış mərasimində STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Türkiyənin Azərbaycandakı fövqəladəvə səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edəcək.
İlk şərhi yaza bilərsiniz