Press "Enter" to skip to content

MHP-dən maraqlı təklif

BAYRAQDAR MEDİA – MHP-nin TBMM-ə yeni qanun layihəsi təqdim edib. Bu qanun layihəsində yaşı 25-dən yuxarı olan avtomobillərin yerli istehsal olan yeniləri ilə dəyişdirilməsi müqabilində vergidən azad edilməsi nəzərdə tutulub.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Bildirilib ki, “təklif yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və iqtisadiyyata töhfə hədəfləri ilə diqqət çəkir. MHP qaynaqları qanun layihəsinin ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə yanaşı yol təhlükəsizliyinə də töhfə vermək məqsədi daşıdığını və qanun layihəsinin qüvvəyə minməsi üçün səylərini davam etdirdiklərini bildiriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.