BAYRAQDAR MEDİA – Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, Eskişehirdə mənzil satışları 2025-ci ilin yanvar ayında bir əvvəlki ilin eyni dövrünə görə 48,7 faiz artıb.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “TÜİK-dən alınan məlumata görə, Eskişehirdə mənzil satışları 2025-ci ilin yanvar ayında 1683 ədədə çatıb. Bu mənzilərin 520-si ilk əl, 1163-ü isə ikinci əl satış olub”.
Məlumata görə, Eskişehirdə satılan 1683 ev arasında ipoteka satışları keçən ilin eyni ayına görə 183,1 faiz artaraq 351, digər satışlar isə 32,1 faiz artaraq 1332 ədədə çatıb: “İpoteka ilə satılan 351 evdən 93-ü ilk, 258-i isə ikinci əl satış olub. Türkiyə daxilində mənzil satışları 2025-ci ilin yanvar ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 39,7 artaraq 112 min 173-ə çatıb”.
İlk şərhi yaza bilərsiniz