Press "Enter" to skip to content

Dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçiriləcək

BAYRAQDAR MEDİA – “Əczaçılar Klubu” İctimai Birliyi, “MÜSİAD Azərbaycan“ İctimai Birliyi və “Avis Tibbi Marketlər Şəbəkəsi”nin birgə təşkilatçılığı ilə Azərbaycan dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçiriləcək. Tədbir fevraslın 21-də keçiriləcək.

Bu barədə “MÜSİAD Azərbaycan”dan verilən məlumatda qeyd edilib.

Bildirilib ki, “dərman sektorunda iş axtaran və çalışan mütəxəssislər üçün “#PotensialıKəşfEt” şüarı ilə təşkil olunacaq tədbirin əsas missiyası Azərbaycan dərman şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, işəgötürən və işaxtaranlar arasında birbaşa əlaqələrin yaradılması və bu sahədə çalışan mütəxəssislərin şəbəkələşməsidir. Əmək yarmarkasında iştirak edəcək 40-a yaxın işəgötürən firma dərman sektorunda tibb və qeyri-tibb peşə və ixtisaslar üzrə işləmək istəyən işaxtaranları qəbul edəcək”.

Məlumata görə, Biznes sərgisində isə dərman sektorunda çalışan mütəxəssislər bu sektordakı ən son yeniliklər və məhsullar haqqında birbaşa firma təmsilçilərindən məlumatlar əldə edə, sənaye üzrə aparıcı mütəxəssislərlə tanış ola biləcəklər: “Əmək yarmarkası və biznes sərgisində əczaçılıq viktorinası keçiriləcək və iştirak edən əczaçılara tədbirin baş sponsoru olan “Hippokrat” şirkəti tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq. İştirak ödənişsizdir və qeydiyyat tələb olunmur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.