Press "Enter" to skip to content

Bu, ümumi işimiz üçün vacibdir

Tural İsmayılov

Tural İsmayılov: Türk dünyasının ortaq bir beyin mərkəzinin yaradılması çox maraqlı olardı

BAYRAQDAR MEDİA – “Kimsəyə sirr deyil ki, Azərbaycanın beyin mərkəzləri getdikcə daha da inkişaf edir. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan dövləti bu beyin mərkəzlərinin inkişafında maraqlıdır. Özü də təkcə maraqlı deyil, həmçinin beyin mərkəzlərinin inkişafı üçün lazım olan bütün addımları atır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.

“Son günlər baş verən hadisələr fonunda türk dünyasının vahid beyin mərkəzinin yaradılması və yaxud daha da mövcud beyin mərkəzlərinin daha da gücləndirilməsi vacibdirmi” sualını cavablandıran T.İsmayılov aşağıdakıları bildirib: “Mən qeyd etdim ki, Azərbaycan dövləti beyin mərkəzlərinin inkişafında maraqlıdır və məhz bu marağın, dəstəyin nəticəsidir ki, bu gün Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi kimi publik hüququ şəxslər var. Eyni zamanda hazırda Azərbaycanda Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi, Topçubaşov Mərkəzi, bu qəbildən olan başqa beyim mərkəzləri də mövcuddur. Həmçinin ayrı-ayrı qurumların tərkibində də müxtəlif beyin mərkəzləri fəaliyyət göstərir. Konkret olaraq sualınıza gəlincə qeyd edim ki, bütün bu sadalanan beyin mərkəzləri öz fəaliyyətlərində türk dünyası ilə əməkdaşlığa xüsusi önəm verirlər”.

Müsahibimiz deyib ki, bu gün Azərbaycanın beyin mərkəzlərinin türk dünyasından olan müxtəlif istiqamətli beyin mərkəzləri ilə qarşılıqlı əlaqələri, əməkdaşlığı mövcuddur: “Ümumiyyətlə, bu gün türk dünyasından olan beyin mərkəzlərinin qarşılıqlı əlaqələri mövcuddur. Bu isə ümumi işimizin daha da irəli getməsində öz rolunu oynayır, öz sözünü deyir. Türkiyədən, Qazaxıstandan, digər türk dövlətlərindən beyin mərkəzlərinin nümayəndələri tez-tez çalışdığım Sosial Tədqiqatlar Mərkəzində olurlar. Bu səfərlər zamanı müxtəlif müzakirələr aparılır və yeni perspektivlər barədə fikir bildirilir. Təbii ki, türk dünyasının ortaq bir beyin mərkəzinin yaradılması çox maraqlı olardı. Artıq Azərbaycanın beyin mərkəzlərinin ortaq platformasının fəaliyyət göstərdiyini nəzərə alsaq, bunun həm də gələcəkdə türk dünyasının beyin mərkəzlərinin ortaq platformasının yaradılmasına təkan verə biləcəyini deyə bilərik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.